
Azərbaycanda daha bir körpə doğuş zamanı öldü
Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.
APA-nın Şəki-Zaqatala bürosunun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Yengiyan kənd sakini, 1990-cı il təvəllüdlü Elyanə Ümid qızı Əlixanova səhər saat 04 radələrində xəstəxananın Doğum şöbəsinə doğuş üçün müraciət edib. Saat 08.00 radələrində doğuş zamanı uşaq ölü doğulub.
E. Əlixanovanın qayınatası Nazim Əlixanov APA-nın yerli bürosuna bildirib ki, körpənin ölümünə həkim səhlənkarlığı səbəb olub.
N. Əlixanov hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.
Oxşar yazılar

Bloger-jurnalist İlhami Nəsibov həbs edildi
17 avqust 2025 , 16:21
Mingəçevirdə 55 yaşlı kişini BIÇAQLADILAR
17 avqust 2025 , 11:31
Şəkidə yol qəzası baş verdi, ölən var-YENİLƏNİB
17 avqust 2025 , 09:31
Atasının traktorundan yıxılıb təkərin altında can verdi
16 avqust 2025 , 18:29
Müğənni Rəqsanə HƏBS OLUNDU - Yarım milyonluq DƏLƏDUZLUQ
16 avqust 2025 , 18:10
Şəkidə maşın ağaca çırpıldı, ana və 2 uşağı yaralandı
16 avqust 2025 , 16:58
Balakəndə DƏHŞƏT: camış sahibini vurub öldürdü
16 avqust 2025 , 16:43