Azərbaycanda bu gün
22 iyun 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

22 iyun   

 

1806. Rus qoşunu Dərbəndi işğal edib

1827. Rus qoşunu Naxçıvanı tutub

1897. Müğənni Murtuza Məşədi Rza oğlu Məmmədov – Bülbül anadan olub

1918. ADR hökuməti Zaqafqaziya Seyminin aqrar qanun şərtlərinin Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə şamil edilməməsi haqqında fərman verib. Seymin qəbul etdiyi aqrar qanunla yanaşı, Bakı Xalq Komissarları Sovetinin bu vaxtadək Bakı quberniyasına aid torpaq haqqında dekreti də ləğv edilib

1920. Azərbaycan Demokrat Firqəsi ümumi səslə milli hökumətin quruluşu haqqında qərar qəbul edib və Şeyx Məhəmməd Xiyabani milli hökumətin sədri seçilib

1939. Azərbaycan neftçiləri Donbas şaxtaçıları ilə sosializm yarışı haqqında müqavilə imzalayıb

1941. Faşist Almaniyası Sovet İttifaqı üzərinə hücuma keçib. Böyük Vətən müharibəsi başlayıb

1969. Jurnalist Sevinc Osmanqızı anadan olub

1996. Prezident Heydər Əliyev "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" fərman verib

1999. Azərbaycanda “Milli arxiv fondu haqqında Qanun” qəbul edilib...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491
avatar

Oxşar yazılar