Azərbaycanda bu gün
15 may 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

15 may 

 

1899. Zaqatalanın Sabatlı kəndində meşə qırılması kütləvi etirazlara səbəb olub

 

1912. Nuxada ipəkçilərin tətili fəhlələrlə sahibkarlar arasında saziş imzalanması ilə başa çatıb

 

1919. "Muğan Kəndli Deputatları Sovetinin fövqəladə qurultayı" çağırılıb. Lənkəranda keçirilən "qurultay"da iştirak edən deputatların təxminən yarısı qeyri-azərbaycanlı olub. Qurultay 4 gün davam edib

 

1919. ADR parlamenti "Kapital vergisinin ödəniş möhləti və tarif dərəcələrinin dəyişdirilməsi haqqında qanun" qəbul edib

 

1920. Şuşada inqilab komitəsi təşkil edilib

 

1920. Azərbaycan İnqilab Komitəsi respublika ərazisindəki meşələrin, suların və yeraltı sərvətlərin milliləşdirilməsi haqqında dekret verib

 

1922. Bəstəkar Rauf Hacıyev anadan olub

 

1943. Rəssam Əzim Əzimzadə vəfat edib

 

1992. AXC fəalları Parlament binası və digər dövlət obyektlərinə hücum edib. Prezident Ayaz Mütəllibov gizlicə ölkəni tərk edib

 

2010. İordaniya Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib

 

2011. Azərbaycan 56-cı “Eurovision” mahnı yarışmasında qələbə qazanıb

 

2012. Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilib. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

 

# 570
avatar

Oxşar yazılar