Azərbaycanda 6 nəfərin yanaraq öldüyü qəzadan dəhşətli görüntülər
28 iyun 2013 18:04 (UTC +04:00)

Azərbaycanda 6 nəfərin yanaraq öldüyü qəzadan dəhşətli görüntülər

İyunun 22-də Tovuzda 6 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın videosu yayılıb. Lent. az-ın məlumatına görə, qəzaya uğrayan mikroavtobus və minik avtomobilləri  alovlanır və maşında olan 6 nəfər yanaraq ölür. Videoda maşında yananların səsi, insanların hansı şəraitdə diri-diri yanması açıq-aşkar hiss edilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, qəzaya uğrayan avtomobillərdən birində xeyli miqdarda ateston maddəsi olub və yanğına bu yandırıcı materiallar səbəb olub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) də Tovuzda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, iyunun 22-də saat 20.15 radələrində Tovuz rayonunun Qovlar şəhəri ərazisində Yevlax sakini Savalan Bəndəliyevin idarə etdiyi “Hyundai”, Bozalqanlı kənd sakini Ceyhun Əsədovun idarə etdiyi “Mercedes”, Ağdam rayon sakini Habil Məmmədovun idarə etdiyi “Mercedes”, Yuxarı Öysüzlü kənd sakini Elmar Məmmədovun idarə etdiyi “VAZ-2106” və Qovlar şəhər sakini İsax Əliyevin idarə etdiyi “Ford Tranzit” markalı avtomaşınlar toqquşub. Nəticədə “Hyundai”, “Ford Tranzit” və “VAZ-2106” markalı avtomaşınlarda yanğın baş verib, S.Bəndəliyev, İ.Əliyev, E.Məmmədov və S.Bəndəliyevin sərnişini, Gəncə şəhər sakini Tural Ramazanov, habelə   E.Məmmədovun sərnişinləri, Yuxari Öysüzlu kənd sakinləri Turab Abbasov, Xəyyam Abbasov avtomaşınların salonunda yanaraq ölüblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

# 8662
avatar

Nizam Rza

Oxşar yazılar