Azərbaycanda 12 yaşlı qız itkin düşdü
27 noyabr 2013 10:20 (UTC +04:00)

Azərbaycanda 12 yaşlı qız itkin düşdü

Bakıda avtomobil yarışına baxmağa  gedən 12 yaşlı qız itkin düşüb.


 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə barədə İsmayılov küçəsi, 57 ünvanında yaşayan, 1976-cı il təvəllüdlü Müşfiq Məmmədov 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.

 

M. Məmmədov ərizəsində bildirib ki, qızı, 2001-ci il təvəllüdlü Lalə noyabrın 23-də Bakıda keçirilən GT3 avtomobil yarışına baxmaq üçün evdən çıxıb, bir daha geri qayıtmayıb.

 

Hazırda 12 yaşlı Lalənin tapılması istiqamətində iş aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1369

Oxşar yazılar