Azərbaycan-Rusiya sərhədində güclü zəlzələ gözlənilirmi?
14 aprel 2016 14:01 (UTC +04:00)

Azərbaycan-Rusiya sərhədində güclü zəlzələ gözlənilirmi?

“Yevgeni Roqojinin Azərbaycan-Rusiya sərhədində bu il və ya gələn il güclü zəlzələ ola biləcəyi ilə bağlı verdiyi bəyanatı düzgün hesab etmirəm. Ümumiyyətlə, belə bir bəyanatla çıxış etmək doğru deyil”.

 

Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, 1997-98-ci ildən etibarən Azərbaycan-Rusiya (Dağıstan) sərhədində güclü zəlzələnin ola biləcəyi ilə bağlı dəfələrlə bəyanatlar verilib: “Bəli, həmin ərazi seysmik cəhətdən çox aktivdir. Orada tarixən güclü zəlzələlər olub. Eyni zamanda, mütəmadi olaraq həmin ərazidə zəif təkanlar da baş verir. Lakin indidən bir il sonrası üçün “güclü zəlzələolacaq” demək düzgün deyil”.

 

Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevgeni Roqojin 2016 və ya 2017-ci illərdə Azərbaycan və Dağıstanda Rixter şkalası üzrə 6,5-7 bal gücündə zəlzələ gözlənildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237

Oxşar yazılar

Qubada AĞIR QƏZA : ölən və yaralananlar var

Qubada AĞIR QƏZA: ölən və yaralananlar var

22 iyun 2025 , 21:18
Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu

Lənkəranda yük və minik avtomobilləri toqquşdu

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu

Qəza kilometrlərlə tıxaca səbəb oldu

22 iyun 2025 , 00:35