İranla sərhəddə atışma: ölən və yaralıların adları bilindi – YENİLƏNİB
02 dekabr 2013 10:00 (UTC +04:00)

İranla sərhəddə atışma: ölən və yaralıların adları bilindi – YENİLƏNİB

Azərbaycan-İran sərhədində sərhədçilərlə sərhəd pozucuları arasında silahlı insident baş verib, bir hərbçi həlak olub, ikisi isə yaralanıb.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə ötən gün saat 19:30 radələrində Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində baş verib. Silahlı insident, sərhəd naryadının, sərhəd pozucularının qarşısının alınması zamanı baş verib. Bir nəfər hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların vəziyyəti kafi olduğu bildirilir.

 

APA-nın bölgə müxbirinin əldə etdiyi məlumata görə, silahlı insident Lerik rayonu ərazisində baş verib. İnsidentdən sonra Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məxsus təcili yardım maşını Lerikə gedərək yaralıları Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətiriblər.

 

İnsident zamanı həlak olan hərbçi 37 yaşlı mayor Maqsud Nağıyevdir. 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabov isə yaralanıblar. Məlumata görə, hər iki yaralı yaxın saatlarda Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.

 

Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.

 

Hadisənin baş vermə səbəbləri Dövlət Sərhəd Xidməti və Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırılır.

 

***

 
saat 00:46
 
Azərbaycan-İran sərhədində sərhədçilərlə sərhəd pozucuları arasında atışma olub, bir hərbçi həlak olub, ikisi isə yaralanıb.  

 

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, hadisə dekabrın 1-də saat 19:30 radələrində Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində baş verib. Sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş verib, bir nəfər hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb.

 

Yaralılara ilkin tibbi yardım göstərilib, onların vəziyyəti kafidir.

 

Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti və Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8042

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29