Avtobus yük maşını ilə toqquşdu: sürücünün ayaqları sındı - YENİLƏNİB
10 noyabr 2013 23:42 (UTC +04:00)

Avtobus yük maşını ilə toqquşdu: sürücünün ayaqları sındı - YENİLƏNİB

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, 90 NF 529 dövlət nömrə nişanlı 104 saylı marşrutla hәrәkәt edәn avtobus Suraxanı rayonu әrazisindә 10 AL 262 QAZ 53 yük maşını ilə toqquşub.

 

Nəticədə yük maşını yolun kәnarında neft mәdәninin әrazisinә düşüb.

 

Qəza zamanı avtobusda olan sәrnişinlәrdən xəsarət alan olmayıb. Lakin sürücü zərbədən sükan arxasında sıxışıb qalıb. Onu sәrnişinlәr xilas ediblər. Sürücü xәstәxanaya yerləşdirilib.

 

Suraxanı Rayon Polis İdarəsindən (RPİ) verilən məlumata görə, avtobusun sürücüsü Həsənov Mövsüm Ağahüseyn oğludur. Qəza nəticəsində onun hər iki ayağı sınıb.

 

Faktı bağlı Suraxanı RPİ-də araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2972

Oxşar yazılar