Avtobus qəzasında yaralananların sayı 13-ə çatdı
08 iyul 2013 12:34 (UTC +04:00)

Avtobus qəzasında yaralananların sayı 13-ə çatdı

Bakıda baş verən avtobus qəzasında yaralanan şəxslərin sayının 13 olduğu məlum olub.


 

3 saylı Şəhər Klinik xəstəxanasından APA-ya verilən məlumata görə, xəstəxanaya xəsarətlə 13 nəfər daxil olub. Xəsarət alanların 3-ü uşaqdır. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza nəticəsində 1957-ci il təvəllüdlü İlyas Məmmədkərim oğlu Kərimovun idarə etdiyi “99-DM-427” dövlət nömrə nişanlı “Ford Transit”  markalı yük avtomobili ilə, 1967-ci il təvəllüdlü Əhməd Nəsib oğlu Məmmədovun idarə etdiyi “10-TG-065”  dövlət nömrə nişanlı “Temsa” markalı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində sərnişin avtobusu aşıb.

 

Sərnişin avtobusunun sürücüsünün verdiyi məlumata görə, qəzaya səbəb avtobusda texniki nasazlığın baş verməsidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995
avatar

Oxşar yazılar