Ata və qızı yol qəzasında öldü
28 sentyabr 2013 13:17 (UTC +04:00)

Ata və qızı yol qəzasında öldü

Azərbaycanın Abşeron rayonunda ağır yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Cəlil Əlibəyov idarə etdiyi “VAZ-2113” markalı avtomobili yol kənarındakı hasara çırpıb. Nəticədə C.Əlibəyov hadisə yerində, xəsarətlə xəstəxanaya yerləşdirilən qızı Ramilə isə orada dünyasını dəyişib.    

 

Faktla bağlı Abşeron Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 
# 4503
avatar

Oxşar yazılar