Aslan İsmayılov Ramil Usubovla görüşüb
08 iyun 2013 16:09 (UTC +04:00)

Aslan İsmayılov Ramil Usubovla görüşüb

Vəkil Aslan İsmayılov daxili işlər naziri Ramil Usubovla görüşüb.

 

Aslan İsmayılov APA-ya açıqlamasında bildirib ki, 1 saatdan artıq davam edən görüşdə onun problemləri dinlənilib: “Mənə çox hörmətlə yanaşıldı. Dediklərimin hamısı təmkinlə dinlənildi. Mən də baş verənlər haqda məlumat verdim və qətiyyətlə mənə qarşı cinayət törədənlərin cəzalandırılmasını tələb etdim”.

 

Qeyd edək ki, vəkil Aslan İsmayılov mayın 31-də keçirdiyi mətbuat konfransında bir gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) təzyiqlərə məruz qaldığını deyib. O bildirib ki, BMCMİ-nin rəis müavini Canpolad Daanov ona zəng vurub və idarəyə gəlməyini xahiş edib. Bundan sonra A. İsmayılov BMCMİ-yə gedib. Vəkil deyib ki, idarədə rəis müavini tərəfindən döyülərək təhqir edilib, daha sonra sərbəst buraxılıb.

 

Mayın 31-də daxili işlər nazirinin müavini Vilayət Eyvazov Aslan İsmayılovu qəbul edib.

 

DİN-in mətbuat xidməti isə vəkil Aslan İsmayılovun BMCMİ-də döyülməsi barədə yaydığı məlumatları təkzib edib, məlumatların həqiqətdən uzaq olduğu qeyd olunub.

# 1288
avatar

Oxşar yazılar