Anar Məmmədov Abbas Bağırovu məhkəməyə verib
31 mart 2014 15:19 (UTC +04:00)

Anar Məmmədov Abbas Bağırovu məhkəməyə verib

Azərbaycanın əməkdar artisti Abbas Bağırov “Bank of Azerbaijan” tərəfindən məhkəməyə verilib.

 

 Məlumata görə, A.Bağırov xeyli müddətdir ki, “Bank of Azerbaijan”dan böyük məbləğdə kredit götürüb. 2008-ci ilə təsadüf edən kredit rəsmiləşdirməsi sonradan problemli məsələyə çevrilib. Belə ki, üstündən 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq A.Bağırov bankdan götürdüyü 140 min manatı qaytarmayıb. Bu səbəbdən də bank müğənnini məhkəməyə verərək 140 min manatı geri tələb edir. 

 2011-ci ildə keçirilmiş məhkəmə araşdırmaları zamanı A.Bağırovun adına olan kreditinin şübhəli girov sənədləri əsasında rəsmiləşdirildiyi aşkar olunub. Məlum olub ki, kreditin əvəzində banka girov kimi qoyulmuş obyektin müğənniyə heç bir aidiyyatı yoxdur. Sonradan müğənni girov kimi banka özünəməxsus səsyazma studiyasını qoyub. Beləliklə, məhkəmə vəsaitin ödənilməsilə bağlı qətnamə çıxarıb və cavabdehə daha bir müddət vaxt verilib. 

Lakin A.Bağırov bundan sonra da banka vəsait ödəməyib və beləliklə, onun adına olan 140 min manatlıq kredit faiz artımları ilə birgə iki dəfədən çox artıb. Məlumata görə, sonuncu məhkəmə prosesi 2014-cü ilin yanvar ayına təyin olunsa da A.Bağırov məhkəməyə gəlmədiyindən işin baxılması təxirə salınıb. 

Qeyd edək ki, A.Bağırov Gəncə şəhərində qeydiyyatda olduğundan onun problemli krediti üzrə işə Gəncə İnzibati İqtisad Məhkəməsində baxılır. Müğənniyə qarşı məhkəmə davasını isə “Bank of Azərbaijan”ın baş ofisi açıb. 

Maraqlıdır ki, kreditin verilməsindən 6 ilə yaxın vaxt keçməsinə və cavabdehin bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmasına baxmayaraq onun hazırda banka qoyulmuş girovuna toxunulmayıb. Halbuki, başqa hallarda cavabdehin gecikdirdiyi kreditə görə girovu qısa müddət ərzində bank tərəfindən müsadirə olunur. 

Elə məsələnin ən maraqlı məqamı da buradan başlayır. Heç kəsə sirr deyil ki,  “Bank of Azərbaijan”Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun nəzarətindədir. Hamı bilir ki, Abbas Bağırov Anar Məmmədovla dost münasibətindədir. Anar Məmmədovun mahnılarını da elə Abbas oxuyur. Tez-tez görüşürlər, hansısa mahnı üzərində işləyirlər. Amma bir tərəfdən də Anar Məmmədov Abbası borca görə məhkəməyə verib. 

Hətta bir neçə  il əvvəl “Aləm gözəldi” mahnısının üstünə dava düşəndə əməkdar artist Abbas Bağırov həmkarı Ramalın deyil, nazir oğlunun yanında yer aldı.  Əslində mahnının Ramala məxsus olduğu hamıya aydın idi. 

Biz məsələnin bu tərəfinə toxunmayaraq işin pərdə arxasında dayanan şok məqamlara aydınlıq gtirmək istəyirik. Redaksiyamıza daxil olan məlumat da o da qeyd olunur ki, əslində müğənninin banka olan borcu böyük bir fırıldaqdır. Daha doğrusu, Anar Məmmədovun sahibi olduğu bankdan pul çıxarmaq üçün istifadə etdiyi variantdır. İddia olunur ki,nazir oğlu müxtəlif adamların adına kredit rəsmiləşdirməklə bankdan milyonlarla pul çıxararaq özünün bildiyi təyinat üzrə xərcləyib. Sözügedən məsələlərlə bağlı müvafiq qurumlar tərəfindən araşdırma  aparıldığı barədə də məlumat var. O məqamda bizə məlum olub ki, “Bank of Azərbaijan”la müxtəlif müştərilər arasında kredit öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı problem mövcuddur və hər biri iş üzrə məhkəmə çəkişməsi gedir. Çox maraqlıdır ki, həmin müştərilərin heç birinin nə əmlakı müsadirə olunub, nə də onlara qarşı tədbir görülüb. Təkcə onu deyək ki, bankla məhkəmə çəkişməsində olan Abbas Bağırov son bir neçə ildə demək olar hər gün Anar Məmmədovla görüntülənir.

Qeyd edək ki, “Bank of Azerbaijan”ın səhmlərini böyük hissəsi “Bağlan Group”un rəhbəri, Nəqliyyat naziri Ziya Məmmədovun şəriki "Hafka" ləqəbi ilə tanına iş adamı Hafiz Məmmədovun oğlanlarına məxsusdur: Məmmədov Kənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Sənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Mübariz Məcid oğlu 6,030.000 AZN(12.07%) NEM Holdinq 335.000 AZN(0.67%) Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur. 

“Qafqazinfo” məsələ ilə bağlı sözügedən bankla əlaqə saxlayıb və informasiya ilə bağlı bankın mövqeyini öyrənmək istəsək də, sualı eşidən kimi bizdən sorğu göndərmələrini tələb etdilər. Bu gün səhər “Bank of Azərbaijan”a rəsmi sorğu göndərsək də, hələ ki, sorğumuza cavab verən olmayıb.

Eyni zamanda “Qafqazinfo” olaraq müğənni Abbas Bağırovla da danışdıq. O isə bu barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib. Daha sonra müğənni bankla arasında hansısa prosesin yaşandığını etiraf etsə də, “Bank of Azərbaijan”a borclu olmadığını iddia edib:

““Bank of Azərbaijan”dan mənə zəng etmişdilər, dolaşıq düşən məsələlər var. Mənim maşınım kreditdədir, amma başqa bankda. Bu banka borcum yoxdur”.

Eyni zamanda Abbas Bağırov redaksiyadan bu məlumatların işıqlandrılmamasını xahiş edib.

 

qafqazinfo.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2160

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29