Almaniya çempionatının püşkü atıldı
21 iyun 2013 19:15 (UTC +04:00)

Almaniya çempionatının püşkü atıldı

Futbol üzrə Almaniya Bundesliqasında 2013-2014-cü il mövsümünün püşkü atılıb. Lent.az-ın məlumatına görə, çempionat avqustun 9-da “Bavariya” – “Borussiya” (Mönhenqladbax) matçı ilə start götürəcək.

 

10-11 avqustda isə “Şalke” – “Hamburq”, “Bayer” – “Frayburq”, “Hannover” – “Volfsburq”, “Hoffenhaym” – “Nürnberq”, “Maynts” – “Ştutqart”, “Auqsburq” – “Borussiya” (Dortmund), “Ayntraxt” (Braunşveyq) – “Verder” və “Herta” – “Ayntraxt” (Frankfurt) matçları baş tutacaq.

 

Qeyd edək ki, 2012-2013-cü il mövsümündə Çempionlar Liqasının finalçıları və Bundesliqada ilk 2 yerin sahibləri “Bavariya” ilə “Borussiya” (Dortmund) ilk və ikinci dövrənin sonlarında üz-üzə gələcəklər. 22 – 24 iyuna təsadüf edəcək XIII turda “Borussiya” “Bavariya”nı qəbul edəcək. 11 – 13 apreldə keçiriləcək XXX turda isə Münhen təmsilçisi Dortmund komandasını sınağa çəkəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 427
avatar

Oxşar yazılar