Ağdamda yol qəzası: sürücü xəsarət alıb
20 iyun 2014 22:06 (UTC +04:00)

Ağdamda yol qəzası: sürücü xəsarət alıb

Ağdamın Xındırıstan kəndində sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Yaşar  adlı  Bakı  şəhər  sakini  idarə etdiyi   90-UG-086 dövlət nömrə  nişanlı “Mercedes Benz” markalı maşın ilə Ağdam   sakininin  idarə etdiyi “VAZ 2107” markalı  minik  maşını ilə  toqquşub.

 

Nəticədə sürücü  Aslanov Habil  Sabir  oğlu müxtəlif  bədən xəsarətləri   ilə  Ağdam  Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər  onun  yuxarı və aşağı  ətraflarında  çoxsaylı  sınıq  və çıxıqlar  müəyyən  edib. İlkin tibbi  yardımdan  sonra  yaralı  Ağcabədi RMX –nın Travmatologiya  şöbəsinə  göndərilib.

 

Faktla   bağlı  Ağdam  Rayon  Polis Şöbəsində araşdırma  aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar