Mərhumun qohumlarının APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, 22 yaşlı Sabirabad rayonu Azadakənd sakini Əliyev Tamerlan Ağadadaş oğlunu axşam saatlarında elektrik enerjisi vuraraq öldürüb. Axşamüstü atın belində örüşdən qayıdan zaman elektrik naqilinin qırılaraq üzərinə düşməsi kənddə çobanlıq edən Tamerlan Əliyevin ölümünə səbəb olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.