
Həbsdə olan məmur azadlığa buraxıldı
Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə A.Osmanova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində 3 nəfər - Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır.
Oxşar yazılar

İnsanda ət milçəyi sürfələri ilə ilk yoluxma halı aşkar edildi
25 avqust 2025 , 03:51
İdmançı Bosfor boğazını keçərkən yoxa çıxdı
25 avqust 2025 , 01:33
Ucarda ağır qəza - Minik avtomobili "KamAZ"a çırpıldı
25 avqust 2025 , 00:48
Gəncədə 29 yaşlı oğlanı bıçaqladılar
25 avqust 2025 , 00:13
“Sədərək” ticarət mərkəzindəki yanğın davam edir - YENİLƏNİB -VİDEO
24 avqust 2025 , 23:15
72 yaşlı kişi dənizdə boğulub öldü
24 avqust 2025 , 21:41
İsmayıllıda dağlıq ərazidə yanğın olub
24 avqust 2025 , 20:58