<b>Hacıkənddə avtomobil dərəyə aşıb: bir nəfər ölüb</b> - YENİLƏNİB
22 may 2014 12:40 (UTC +04:00)

Hacıkənddə avtomobil dərəyə aşıb: bir nəfər ölüb - YENİLƏNİB

0
Gəncənin Hacıkənd qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə Gəncə şəhər sakini, 20 yaşlı Kamal Adıgözəlov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən maşın yoldan çıxaraq dərəyə aşıb.

 

Hadisə zamanı sərnişin 23 yaşlı Sənan Cəfərov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1245

Oxşar yazılar