<b>Cəbhəyanı kəndlərdə 51 mina zərərsizləşdirilib</b>
15 aprel 2016 19:16 (UTC +04:00)

Cəbhəyanı kəndlərdə 51 mina zərərsizləşdirilib

 

Cəbhəyanı kəndlərdə xeyli sayda partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, Agentlik tərəfindən bu gün Tərtər, Goranboy və Füzulirayonlarında PHS-lərin aşkarlanması əmnəliyyatı aparılıb.

 

Tərtər rayonunun Qapanlı kəndində 4 ev və həyətyani sahələrdə 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib.

 

Şıxarx kəndində əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar olunaraq, götürülüb.

 

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 6 ev və həyətyanı sahələrdə 6 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamış və 1 ədəd partlamamış 100 mm-lik top mərmisi aşkar edilərək, götürülüb.

 

Füzuli rayonunun Horadiz şəhəri və şəhər ətrafında 11 partlayış yerinə baxış keçirilib, 11 partlamış sursat aşkar olunub.

 

Aprelin 15-də Agentlik tərəfindən ümumilikdə 10 ev, 32 partlayış yeri, 1 əkin sahəsinə baxış keçirilıb, 30 partlamış və 2 partlamamış sursat aşkar edilərək götürülüb.

 

Ümumilikdə, ANAMA tərəfindən 7-15 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, AğdamFüzuli və Goranboy rayonlarında 247 ev və həyətyanı sahəyə, 5 ferma və 1 əkin sahəsinə baxış kecirilib, 51 ədəd PHS aşkar olunaraq, zərərsizləşdirilib.

 

Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366

Oxşar yazılar

Polis bir aydır bu kişini  axtarır - FOTO

Polis bir aydır bu kişini axtarır - FOTO

8 may 2025 , 11:53
Bakıda FACİƏ:  60 yaşlı qadın hovuzda boğulub öldü

Bakıda FACİƏ: 60 yaşlı qadın hovuzda boğulub öldü

8 may 2025 , 11:52
Abşeronda ƏMƏLİYYAT:  iranlının kuryeri tutuldu - VİDEO

Abşeronda ƏMƏLİYYAT: iranlının kuryeri tutuldu - VİDEO

8 may 2025 , 11:16
Qaxda silah-sursat tapıldı

Qaxda silah-sursat tapıldı

8 may 2025 , 11:00
Sumqayıtda emalatxanada PARTLAYIŞ:  yaralanan var

Sumqayıtda emalatxanada PARTLAYIŞ: yaralanan var

8 may 2025 , 10:52
Kəlbəcərədə "Niva" çaya aşdı, sürücü yaralandı

Kəlbəcərədə "Niva" çaya aşdı, sürücü yaralandı

8 may 2025 , 10:33
Kartlardan bir günə 36 min manatdan  çox pul oğurlandı

Kartlardan bir günə 36 min manatdan çox pul oğurlandı

8 may 2025 , 10:03
Bakıda anası ilə dalaşan oğlan itkin düşdü

Bakıda anası ilə dalaşan oğlan itkin düşdü

8 may 2025 , 09:23