
Bakıda narkotacir tutuldu
Bakıda narkotik alverçisi saxlanılıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Bodrov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilib.
Polis əməkdaşları tərəfindən onun yaşadığı evdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində isə əlavə olaraq heroin və yarım kiloqrama yaxın marixuana da aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Oxşar yazılar

FTX məxfi sənədlər daşıyan azərbaycanlını sərhəddə saxladı
21 avqust 2025 , 12:06
Müayinəyə gələn hamilə xəstəxanada öldü
21 avqust 2025 , 11:42
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ
21 avqust 2025 , 11:07
Narkotikin təsiri altında qəza törətdi, həbs edildi
21 avqust 2025 , 10:35Şəmkirdə zəhərlənənlərin sayı 24 nəfərə çatdı - YENİLƏNİB
21 avqust 2025 , 10:31
“Kahı” yükündən külli miqdarda marixuana aşkarlandı
21 avqust 2025 , 10:29
Azərbaycanda 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırıldı
21 avqust 2025 , 09:38