
Bakıda 74 nəfərə "atan" türkiyəli MƏHKƏMƏ QARŞISINDA
Dələduzluqda təqsirləndirilən "Hom Paş Prestij” MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı mayın 8-nə təyin edilib.
Qeyd edək ki, "Hom Paş Prestij MTK” 2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb. İttihama görə, MTK-nın sahibi türkiyəli iş adamı H.Yiğitdöl Bakıda vətəndaşların etibarından sui-istifadə edərək, onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Cinayət işi üzrə 74 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.
Oxşar yazılar

FTX məxfi sənədlər daşıyan azərbaycanlını sərhəddə saxladı
21 avqust 2025 , 12:06
Müayinəyə gələn hamilə xəstəxanada öldü
21 avqust 2025 , 11:42
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ
21 avqust 2025 , 11:07
Narkotikin təsiri altında qəza törətdi, həbs edildi
21 avqust 2025 , 10:35Şəmkirdə zəhərlənənlərin sayı 24 nəfərə çatdı - YENİLƏNİB
21 avqust 2025 , 10:31
“Kahı” yükündən külli miqdarda marixuana aşkarlandı
21 avqust 2025 , 10:29
Azərbaycanda 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırıldı
21 avqust 2025 , 09:38