[b]Bakı-Qazax magistralında mikroavtobus qəzası: yaralılar var[/b]
09 aprel 2017 09:33 (UTC +04:00)

[b]Bakı-Qazax magistralında mikroavtobus qəzası: yaralılar var[/b]

Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində mikroavtobus qəzaya uğrayıb.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, qəza zamanı sürücü 1974-cü il təvəllüdlü Bayramov Vüqar Faiz oğlu ağır yaralanıb.

 

Sərnişinlərdən 1960-cı il təvəllüdlü Nəcibə Şirinova və 1957-ci il təvəllüdlü Məhruzə Tağıyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Yapdım Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208

Oxşar yazılar