“ZaminBank" ASC-də filial müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun cinayət işi üzrə istintaqı başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş icraata verilib. Cinayət işinə hakim Zeynal Ağayev baxacaq. Məhkəmənin hazırlıq iclası iyunun 30-da keçiriləcək.
Qeyd edək ki, “ZaminBank" ASC-də filial müdiri vəzifəsində işləyən Müşfiq Bayramov sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdar pulu mənimsəməkdə ittiham olunur. M.Bayramova Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində maddəsində nəzərdə tutulan ittiham elan edilib.