Bakıda “Formula-2” yarışında qəza
08 iyul 2013 00:06 (UTC +04:00)

 Bakıda “Formula-2” yarışında qəza

İyulun 7-də Bakıda keçirilən “Formula-2” yarışı zamanı qəza baş verib.

 

APA-nın FHN-in saytına istinadın verdiyi məlumata görə, Səbail rayonunda, Bakı buxtasında keçirilən motorlu qayıqlar üzrə “Formula-2” yarışmasında iştirak edən qayıqlardan ikisi qəzaya uğrayıb.

 

 

Dərhal qəzaya uğramış qayıqlar və onların pilotları Fövqəladə Hallar Nazirliyinin ərazidə rezin qayıqlarla patrul xidməti həyata keçirən dalğıc-xilasediciləri tərəfindən sahilə çıxarılıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1229
avatar

Oxşar yazılar