"Xəzər Lənkəran" futbol klubu daha bir oyunçu transfer edib. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı qapıçı Vyekoslav Tomiçlə 1 illik müqavilə bağlanılıb.
30 yaşlı qolkiper ölkəsinin RNK "Split", "Medimurye" və "Hayduk Split" klublarında çıxış etdikdən sonra ilk dəfə Türkiyədə legioner həyatını yaşayıb. Superliqa təmsilçisi "Karabükspor"un heyətində üç mövsüm ərzində 80-dək oyunda çərçivəni qoruyan qolkiperin son klubu Moldova "Şerif"i olub.
Əvəzində "Xəzər Lənkəran" ispaniyalı yarımmüdafiəçisi Eduar Oriolla yollarını rəsmən ayırıb. Futbolçu ilə klub arasında imzalanan müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.