Fəhlə dənizə düşərək boğulub - <span style="color:red;">YENİLƏNİB
07 aprel 2014 17:54 (UTC +04:00)

Fəhlə dənizə düşərək boğulub - YENİLƏNİB

“Dünyasını dəyişən fəhlənin bizim QSC-yə aidiyyəti yoxdur. O, “Xəzər” MMC-nin əməkdaşı olub”.


Bunu APA-ya açıqlamasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin köməkçisi Vüqar Sadıqov deyib.

 

V. Sadıqov bildirib ki, hadisə barədə xəbər yayıldıqdan sonra dəqiqləşdirmə aparılıb və məlum olub ki, QSC-nin belə əməkdaşı yoxdur: ““Xəzər” MMC isə özəl şirkətdir, gəmi təmiri ilə məşğul olur”.

 

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə APA-ya bildirib ki, ki, “Xəzər” MMC-nin ARDNŞ-ə və onun prezidenti Rövnəq Abdullayevə heç bir aidiyyəti yoxdur.

 

Məsələyə “Xəzər” MMC-dən münasibət öyrənmək olmayıb.

 

***

16/27

“Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bədbəxt hadisə baş verib.


 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

 

“Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi”nin gəmi təmiri sexində quraşdırıcı işləyən, 1986-cı il təvəllüdlü Mirbağır Mirnağı oğlu Zeynalov ehtiyatsızlıqdan dənizə düşərək boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1429

Oxşar yazılar