“VAZ 21 07” parçalandı-DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
27 noyabr 2013 11:24 (UTC +04:00)

“VAZ 21 07” parçalandı-DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 170-ci km-də, Qubanın Mirzəmməd kəndi ərazisində qeydə alınıb. Quba rayon sakini, 25 yaşlı Xəyyam Yunisovun idarə etdiyi “VAZ 21 07” markalı avtomobillə Quba şəhər sakini, 23 yaşlı Mehdi Nadirlinin idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ 21 07”nin sürücüsü Xəyyam Yunisov müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2465

Oxşar yazılar