“London Taksi”sində cinayət
22 fevral 2013 11:25 (UTC +04:00)

“London Taksi”sində cinayət

 

Bakıda axtarışda olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 19-da Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində taksi xidməti ilə məşğul olan Şəmşir Bayadovun idarə etdiyi «London Taxi»  markalı avtomaşından 180 manat pulu götürərək soyğunçuluq etmiş şəxs müəyyən edilib. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etmiş Bakı şəhər sakini Rabil Quliyev Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

 

Saxlanılan şəxs ətrafında əlavə araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1693

Oxşar yazılar