“Dəhnə”də silah-sursat tapılıb - YENİLƏNİB
23 yanvar 2014 14:11 (UTC +04:00)

“Dəhnə”də silah-sursat tapılıb - YENİLƏNİB

0

Yanvarın 23-də səhər saatlarında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Lənkəran şəhər şöbəsinin əməkdaşları tərəfindən Xəzər dənizi sahilində, rayonun “Dəhnə” deyilən ərazisində xeyli sayda silah-sursat aşkarlanıb.


 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının,  MTN-in və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb olunublar. Əraziyə kənar şəxslərin daxil olmasının qarşısını almaq məqsədilə lazımi təhlükəsizlik tədbirləri görülüb.

 

Məlum olub ki, aşkarlanmış silah-sursat 4 ədəd “TM-62” markalı tank əleyhinə mina, 2 ədəd tank mərmisi və 80-dək avtomat gülləsindən ibarətdir. Hər hansı təhlükənin qarşısını almaq məqsədi ilə 1 kilometrədək ərazidə axtarış tədbirləri həyata keçirilib.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, tapılmış silah-sursat xüsusi qaydalarla zərərsizləşdiriləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1386

Oxşar yazılar