“Azərbaycan” nəşriyyatı ona olan borcunu ödəyə bilmədiyi üçün “Azadlıq” qəzetinin çapını dayandırıb. Lent.az-ın məlumatına görə, qəzet noyabrın 13-dən etibarən satışda olmayacaq. Qəzetin çapını nə vaxt bərpa edə biləcəyi məlum deyil.
“Azərbaycan” nəşriyyatı “Azadlıq” qəzetinə 24 min manat borcunu ödəmək üçün noyabrın 12-nə qədər vaxt vermişdi. Vaxt tamam olduğundan qəzetin rəhbərliyi noyabrın 12-də nəşriyyatın rəhbərliyi ilə görüşüb, məlum səbəblərdən maliyyə vəsaitinin olmadığını bildirib və mümkündürsə, əlavə möhlət verilməsini istəyib. Nəşriyyat rəhbərliyi də özlərinin maliyyə çətinlikləri ilə əlaqədar möhlət verə bilməyəcəklərini deyib və yığılmış borcun (ən azı əhəmiyyətli bir hissəsinin) ödənilməsini tələb edib.
Beləliklə, nəşriyyata olan borcunu ödəyə bilmədiyi üçün qəzetin çapı dayandırılıb.

“Azadlıq” qəzeti çapını dayandırdı
Oxşar yazılar

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu
21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı
21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü
21 iyul 2025 , 18:33
Polisdən Masallıda ƏMƏLİYYAT: 39 kilo narkotik aşkar olundu - VİDEO
21 iyul 2025 , 17:13
DTX-nın həbs etdiyi “Abu Malik”in FOTOSU
21 iyul 2025 , 16:16