Məktəb direktorunu maşın vurub
13 yanvar 2014 21:57 (UTC +04:00)

Məktəb direktorunu maşın vurub

0
Bakı-Qazax magistralında piyadanı maşın vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 19:00 radələrində Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Azad kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Magistral yolu keçmək istəyən, Goranboy rayonun Azad kənd sakini, kənd orta məktəbin direktoru, 1954-cü il təvəllüdlü Salman Abbasovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. S. Abbasov ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirir.

 

Faktla bağlı Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1294

Oxşar yazılar