
80 yaşlı qadının pensiya kartı oğurlandı
Astarada 80 yaşlı qadının pulunu və pensiya kartını oğurlayan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayonunun Seləkəran kənd sakini S. Ələskərova Rayon Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bankomatdan təqaüdünü çıxardıqdan sonra içərisində 187 manat pul və pensiya kartı olan pulqabının oğurlandığını bildirib. Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində pulqabını oğurlayan şəxsin rayonun Ərçivan qəsəbəsinin sakini Fariz Baxşiyev olduğu müəyyən edilib və o saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, F. Baxşiyev S.Ələskərovanın təqaüdünü bankomatdan aldığını görərək onu izləyib və qadının marşrut avtobusunu gözləyərkən oturduğu skamyanın üzərinə qoyduğu pulqabısını oradan oğurlayıb.
Hazırda F.Baxşiyevin digər bu kimi əməllərinin olub-olmadığı araşdırılır.
Oxşar yazılar

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
22 aprel 2025 , 10:31
Gəncədə bir ailənin 5 üzvü xiyardan zəhərləndi - YENİLƏNİB
22 aprel 2025 , 10:13
Bir gündə kartlardan 31 min manat pul oğurlandı
22 aprel 2025 , 10:05
Bakıda YANĞIN: ölən və yaralanan var
22 aprel 2025 , 09:44
Azərbaycanlı biznesmen 80 min cərimələndi
22 aprel 2025 , 09:23
Tərtərdə ata-ana və iki azyaşlı uşaq boğulub öldülər - YENİLƏNİB
22 aprel 2025 , 09:17
Yoxa çıxan qızı atası 9-cu sinifdən məktəbdən çıxarıbmış - Leysan olan gün evdən qaçıblar
22 aprel 2025 , 08:31