4 yaşlı uşağı maşın vurdu
28 sentyabr 2013 17:35 (UTC +04:00)

4 yaşlı uşağı maşın vurdu

Ağstafada uşaq bağçasından qaçan uşağı maşın vurub.

Ağstafa rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Tatlı kəndində baş verib.

 

Kənd sakini, 21 yaşlı Cabir Əsgərov idarə etdiyi “QAZ 53” markalı yük maşını ilə kənd sakini 4 yaşlı Zaur Təyyar oğlu Əhmədovu vurub. Hadisə zamanı avtomaşını idarə edən sürücü uşağı dərhal Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Polisdən bildiriblər ki, hadisə baş verən vaxt azyaşlı Zaur uşaq bağçasından çıxıb küçəyə qaçırmış. Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma gedir.

 

# 923
avatar

Oxşar yazılar