3 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib
08 iyul 2013 10:17 (UTC +04:00)

3 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 3 nəfəri dənizdə batmaq təhlükəsindən xilas edib. Lent.az-ın FHN-nin rəsmi saytına istinadən xəbərinə görə, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Pirşağı” sularda xilasetmə məntəqəsindən, təxminən, 750 metr aralıda, nəzarət olunmayan ərazidə) batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

 

Bakı şəhəri, Qaradağ rayonunda dənizdə (“Qaradağ-1” sularda xilasetmə məntəqəsinin ərazisində) batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Hər iki əməliyyat dünən saat 18.35-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393
avatar

Oxşar yazılar