2 nəfəri tok vurub öldürdü
27 fevral 2013 12:35 (UTC +04:00)

2 nəfəri tok vurub öldürdü

 

Fevralın 26-da Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakini Eyvaz Quliyev evində elektrik cərəyanı vurması nəticəsində ölüb. Oxşar hadisə Sumqayıt şəhərində də qeydə alınıb. Şəhər ərazisindəki istirahət parkında 45-50 yaşlı kişini elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Hər iki fakt üzrə araşdırmalar aparılır.

# 839
avatar

Oxşar yazılar