25 yaşlı gəlin meşədə özünü asdı
28 sentyabr 2013 14:49 (UTC +04:00)

25 yaşlı gəlin meşədə özünü asdı

Azərbaycanın Astara rayonunda intihar hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dünən rayonun Vaqadi kəndində qeydə alınıb. Kənd sakini, 25 yaşlı Elnarə Mahmudova yaşadığı evin yaxınlığındakı meşə zolağında ağacdan özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Polisdən həmçinin bildirilib ki, E. Mahmudova bir neçə gün əvvəl övlad dünyaya gətirib.

 

Faktla bağlı Astara Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

 
# 6197
avatar

Oxşar yazılar