Xaricdən maşın gətirənlərdən rüşvət alan  gömrük əməkdaşı   tutuldu
26 yanvar 2023 19:10 (UTC +04:00)

Xaricdən maşın gətirənlərdən rüşvət alan gömrük əməkdaşı tutuldu

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Dövlət Gömrük Komitəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət alan gömrük işçilərinin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin əməkdaşı Şahin İskəndərovun ölkəyə gətirilmiş avtomobillərə görə ödəniləcək rüsum və digər xərclərin azaldılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Habelə, qeyd edilən dövlət qurumunun Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Cavid Məmmədovun dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiya Federasiyasına qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb

Şahin İskəndərov və Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 1926
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Naxçıvanda  tələbə bacılar   qazdan zəhərləndi

Naxçıvanda tələbə bacılar qazdan zəhərləndi

27 mart 2023 , 16:12
Elektriklə balıq ovlayanlar saxlanıldı - FOTO

Elektriklə balıq ovlayanlar saxlanıldı - FOTO

27 mart 2023 , 15:46
DSX-nın mayoru VƏFAT ETDİ

DSX-nın mayoru VƏFAT ETDİ

27 mart 2023 , 15:11
 Gənc həkim   özünü öldürdü

Gənc həkim özünü öldürdü

27 mart 2023 , 14:48
Azərbaycanda  su üstündə   DAVA: Ata və oğlunu döydülər

Azərbaycanda su üstündə DAVA: Ata və oğlunu döydülər

27 mart 2023 , 14:11
Polis əməliyyat keçirdi: 12 nəfər  saxlanıldı

Polis əməliyyat keçirdi: 12 nəfər saxlanıldı

27 mart 2023 , 13:29
Qatili  ayaq ölçüsü   ilə tapdılar

Qatili ayaq ölçüsü ilə tapdılar

27 mart 2023 , 13:15
Əllərini bağlayıb şəkillərini çəkdi, pul tələb etdi və... - FOTO

Əllərini bağlayıb şəkillərini çəkdi, pul tələb etdi və... - FOTO

27 mart 2023 , 13:00