Vilayət Eyvazov polis generalını təqaüdə göndərdi
28 may 2022 11:20 (UTC +04:00)

Vilayət Eyvazov polis generalını təqaüdə göndərdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu münasibətlə Ə.Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib, bundan sonrakı həyatında uğurlar arzulayıb.

# 6552
avatar

Oxşar yazılar