Ustanı “tok” vurub öldürdü - AZƏRBAYCANDA
29 aprel 2022 19:56 (UTC +04:00)

Ustanı “tok” vurub öldürdü - AZƏRBAYCANDA

Gəncədə bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə evlərin birinin damında usta işləyən 1957 ci il təvəllüdlü Tahir Xəlilovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. Usta hadisə yerində ölüb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

65 yaşlı kişinin meyti müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə verilib. Faktla bağlı araşdırma aparılır.

# 2655
avatar

Oxşar yazılar