Uşaqlarını bağçadan  götürməyə gələn   iki ata bir-birini güllələdi
07 aprel 2024 14:04 (UTC +04:00)

Uşaqlarını bağçadan götürməyə gələn iki ata bir-birini güllələdi

 

Yekaterinburqda uşaqlarının bağçadan çıxmasını gözləyən iki kişi arasında atışma baş verib.

Lent.az xarici mediaya istinadən bildirir ki, ilkin məlumata görə, atalardan biri yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarından bildirilib ki, həmin şəxs pnevmatik tapança ilə vurulub.

Daxili İşlər Nazirliyinin rəsmiləri hələlik atışmanın birbaşa uşaq bağçasının yaxınlığında baş verdiyini təsdiqləməyib.


 

# 2475
avatar

Oxşar yazılar