Un daşıyan avtomobil aşdı -FOTO
28 iyun 2022 01:21 (UTC +04:00)

Un daşıyan avtomobil aşdı -FOTO

Bakının Sabunçu rayonunda yük avtomobili qəzaya uğrayıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Sülh küçəsində “Honda” markalı avtomobili idarə edən sürücü yol nişanın tələbini pozaraq əsas yola çıxıb. Bu zaman “İsuzu” markalı yük avtomobili minik avtomobilinə çırpılıb. Nəticədə yük avtomobili aşıb. Qəza nəticəsində yük maşınında olan un kisələri yola dağılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin  əməkdaşları hadisə yerinə cəlb olunub.
 

# 1491
avatar

Oxşar yazılar