Azərbaycanlı polis Ukraynada həlak olub
05 iyul 2022 17:37 (UTC +04:00)

Azərbaycanlı polis Ukraynada həlak olub

Ukraynada azərbaycanlı polis MİNAYA DÜŞDÜ

Ukraynada Azərbaycanlı polis həlak olub.  

Lent.az xəbər verir ki, hadisə Xarkovda baş verib.

Belə ki, Masallı rayon Mahmudavar kəndindən olan, Rusiya Federasiyasının Daxili qoşunlarında xidmət keçən, 23 yaşlı Qasımov Pənah Şair oğlu minaya düşüb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Ölən azərbaycanlı polis Pənah Qasımovun sonuncu fotosu

Mahmudavar kəndinin bələdiyyə sədri Babayev Əfqan Lent.az-a bildirib ki, hazırda meyit Xarkov şəhərindədir:

“Pənah Qasımov dünən dünyasını dəyişib. Onun meyitinin Azərbaycana gətirilməsi üçün lazımi qurumlara rəsmi sənədlərlə müraciət olunub, bununla bağlı proseslər gedir. Çox güman ki, yaxın günlərdə nəşi ölkəmizə gətiriləcək”. 

Mərhumun əmisi Mahir Qasımov saytımıza deyib ki, o, evin tək uşağı olub:

“Pənah 2009-2010-cu illərdə ailəsi ilə birgə Rusiyaya köçüb. Çelyabinskdə yaşadığı müddətdə polis serjantı olub. Subay idi. Ailəsi onun nəşini Masallıya gətirməyə çalışır”.

# 2115
avatar

Nigar Namiq

Oxşar yazılar