Türkiyədə yanğın faciəsi: 4 UŞAQ  həyatını itirdi
14 dekabr 2021 09:52 (UTC +04:00)

Türkiyədə yanğın faciəsi: 4 UŞAQ həyatını itirdi

İstanbulun Esenyurt bölgəsində 4 mərtəbəli binada yanğın baş verib. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, mənzildə əcnəbi vətəndaşlardan ibarət 6 nəfərlik ailə yaşayıb. Onlardan 4 uşaq hadisə yerində həlak olub. Ana və digər uşaq isə yüngül xəsarətlə evdən çıxarılıb. 

Yanğına evi isitmək üçün istifadə olunan sobadan çıxan qığılcım səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1515

Oxşar yazılar