Türkiyə vətəndaşları Ömər aşırımında qəzaya düşdü - YENİLƏNİB
20 iyun 2024 16:55 (UTC +04:00)

Türkiyə vətəndaşları Ömər aşırımında qəzaya düşdü - YENİLƏNİB

Ömər aşırımında qəzaya düşənlər Türkiyə vətəndaşları olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, onlar tikinti şirkətlərindən birində çalışırmış. 

Türkiyə vətəndaşlarını aparan "Pikap" Ömər aşırımından aşıb. 

Nəticədə onlardan 4-ü xəsarət alıb.

***

saat 16:35

Kəlbəcərdə ağır yol qəzası baş verib. 

Lent.az xəbər verir ki, hadisə az əvvəl Ömər aşırımında qeydə alınıb. 

Minik avtomobilinin aşırımdan aşması nəticəsində yaralananların olduğu bildirilir. 

Araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2742
avatar

Oxşar yazılar