Dekabrın 30-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 133 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, monitorinq 130 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
- 2 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Toylarda kütləvi monitorinq -Həbs edilən var
Oxşar yazılar

Ağdamda yanğın törədən saxlanıldı
23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var
23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi
23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı öyrəndi
23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər
23 avqust 2025 , 15:28
Bakıda evin pəncərəsini qırıb külli miqdarda pul apardılar
23 avqust 2025 , 13:55
Tərtərdə 3 nəfər yol qəzasında yaralandı
23 avqust 2025 , 12:10