Toylarda daha 7 nəfər cərimələndi, 96 nəfər isə...
03 noyabr 2021 10:42 (UTC +04:00)

Toylarda daha 7 nəfər cərimələndi, 96 nəfər isə...

Noyabrın 2-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 60 toy şənliyinin monitorinqini keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, monitorinq 54 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 96 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

# 1002
avatar

Mehman Nəbiyev

Oxşar yazılar