Tovuzda DƏHŞƏT:  avtomobil Kürə düşdü, 3 nəfər batdı
03 iyun 2024 09:20 (UTC +04:00)

Tovuzda DƏHŞƏT: avtomobil Kürə düşdü, 3 nəfər batdı

Tovuzda bədbəxt hadisə baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Hunalılar kəndində qeydə alınıb.

Belə ki hərəkətdə olan “VAZ 2107” markalı, 60 BH 272 dövlət qeydiyyat nişanlı minik avtomobili Kür çayına aşıb.

Nəticədə sürücü, 1989-cu il təvəllüdlü Tural Quliyev və sərnişinləri - 1991-ci il təvəllüdlü Vüqar Cəfərov, 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb.

Digər sərnişin, 1992-ci il təvəllüdlü Turqut İbrahimov isə üzərək sudan çıxıb.

Hazırda batanların axtarışları davam etdirilir.

Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2262
avatar

Oxşar yazılar