Təhsil sistemində daha bir KORRUPSİYA:  Cinayət işi açıldı
06 dekabr 2023 16:22 (UTC +04:00)

Təhsil sistemində daha bir KORRUPSİYA: Cinayət işi açıldı

Tərtər rayon D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində fərdi təhsilə cəlb olunmuş şagirdlərə tədris olunmayan fənlərə görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və israf  edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Tərtər rayon Prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3834
avatar

Arzu Qurbanlı

Oxşar yazılar