İtkin düşən Füzuli Fərziyevin tapılması istiqamətində polis əməkdaşları tədbirlər görür.
Daxili İşlər Nazirliy mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Lent.az-a bildirib ki, onun barəsində axtarış elan edilib.
***
18:45
Tanınmış naşir Müşfiq Xanın oğlu Füzuli Fərziyev itkin düşüb.
Lent.az xəbər verir ki, bu barədə naşir sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, oğlu bu gün 16:15-də metronun “Avtovağzal” stansiyasında olub:
“Sonra hara getdiyi haqqına məlumatımız yoxdur. Görənlərdən xahiş edirəm, məlumat versin.
Əlaqə nömrəsi: 0502431453, 0557166373”