Sumqayıt sakinini aldadıb 20 min manatdan çox  pulunu aldılar
19 iyul 2024 16:03 (UTC +04:00)

Sumqayıt sakinini aldadıb 20 min manatdan çox pulunu aldılar

Sumqayıt şəhər sakini olan bir nəfərin aldadılaraq 21500 manat pulunun alınması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri təbirlərlə dələduzluq əməlində şübhəli bilinən A.Əmrahov saxlanılıb. 

Sumqayıt ŞPİ  3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təbirlərlə isə şəhər sakini olan bir nəfərin 600 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
 
Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732
avatar

Oxşar yazılar