Küçədə qalan uşaq
15 yanvar 2022 18:46 (UTC +04:00)

Küçədə qalan uşaq

Sığınacaqdan qaçan 11 yaşlı uşaq dispanserə yerləşdirildi - RƏSMİ

Bakıda yerləşdirildiyi sığınacaqdan qaçan 11 yaşlı uşaq tapılıb.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Onun sözlərinə görə, sığınacaqdan qaçan 11 yaşlı uşağın axtarışları 3 gün davam edib:

“Uşaq bu gün Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların Profilaktik İşinin Təşkili Şöbəsinin əməkdaşları, eləcə də Yasamal rayon 27-ci Polis Bölməsi əməkdaşlarının axtarışları nəticəsində tapılıb.

O, Səhiyyə Nazirliyinin tabeçiliyində olan 1 saylı Ruhi Əsəb Dispanserinə yerləşdirilib”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumatda isə yanvarın 13-də sözügedən uşaqla bağlı fotolar yayıldıqdan sonra araşdırmalara başlanıldığı bildirilib:

“Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırılmalara başlanılıb. Keçirilən müvafiq tədbirlər nəticəsində dəfələrlə müalicə olunması üçün dövlət qurumları tərəfindən xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, oradan qaçan 11 yaşlı R.Məmmədov paytaxt ərazisində tapılıb.

Müalicə alması üçün onun aidiyyəti qurumlarla birgə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi təmin edilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Nizami” metrostansiyası yaxınlığında küçədə yatan 11 yaşlı uşağın dəfələlər yerləşdirildiyi sığınacaq və xəstəxanalardan qaçdığı və narkotik aludəçisi olduğu ilə bağlı məlumatlar yayılmışdı.

# 1764
avatar

Mehman Nəbiyev

Oxşar yazılar